“Seçici-deputat münasibətləri möhkəmlənəcək” - Veb-səhifənin faydası

Milli Məclisdə hər bir komitənin saytı olacaq. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. B. Əliyev hər bir deputatın veb-səhifəsinin olcacağını da söyləyib.

Veb səhifələrin deputatın seçiciləri ilə ətraflı təmasında mühüm rol oynayacağını deyən millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, bu günə qədər əksər deputatın feysbuk səhifəsi var idi:

"İstənilən vətəndaş feysbuk vasitəsilə açıq şəkildə hər bir millət vəkili ilə əlaqə yaratmaq, öz sözünü demək imkanına malik idi. İndi isə hər bir debutatın veb səhifəsi yaradılacağı haqqında fikirlər deyilir. Veb- səhifələrin yaradılmasını çox müsbət hesab edirəm. Milli Məclisin səhifəsində yaradılacaq veb səhifə daha çox rəsmi şəkildə seçici-deputat münasibətlərin möhkəmlənməsinə xidmət edər. XXI əsrdə informasiya kommunikasiya texnologiyaları yüksək imkanlar yaradıb. Bu imkanlardan səmərəli istifadə etmək işin xeyrinə olar".


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu