Səməd Vurğunun Ev Muzeyi dahi şairi YAD EDİB:"Əlamətdar bir tədbir..."

Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.
Məlumat üçün bildirək ki, xalq şairi Səməd Vurğunun anadan olmasından 114 il ötür.
Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub.  Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.


Qeyd edək ki, bu gün Səməd Vurğunun Ev Muzeyi də dahi şairi yad edib.Muzeyin direktoru Nüşabə Vəkilova "Sherg.az"a bildirib ki, bu gün kiçik bir heyətlə görkəmli şairi yad ediblər:
Koronavirusla əlaqədar izolasiya tədbirləri aparıldığı üçün qəbir üstünə kütləvi şəkildə getmək olmaz. Muzey olaraq 5-6 nəfərlə S.Vurğunun məzarı ziyarət edildi. Məzarı üstünə güllər düzüldü. Amma bu virus məsələsindən qurtaraq, vəziyyət normala dönsün yəqin, əlamətdar bir tədbir düzənləyərik".

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu