Deputat Fonda pul köçürəcək:"Pandemiyaya həmrəylik nəticəsində qalib gələcəyik!"

"Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Dövlət başçısının müvafiq sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılır.
Mən də deputat həmkarlarım kimi COVİD-19 epidemiyası ilə mübarizə çərçivəsində əmək haqqımın  bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyi qərara almışam".
Bu barədə "Sherg.az"a millət vəkili Tamam Cəfərova bildirib. Xanım parlamentari qeyd edib ki, istər maddi, istərsə də dövlətin tələb və təkliflərinə riayət etməklə hər bir Azərbaycan vətəndaşı qlobal pandemiyaya qarşı mübarizəyə dəstək verməlidir:"
Bu, həmrəylik məsələsidir. Milli təhlükəsizliyimizin qorunmasında həmrəylik çox önəmlidir.
Çox sevindirici haldır ki, təkcə deputatlar deyil, siyasi partiyalar, sahibkarlar, QHT-lər  də dəstək kampaniyasına qoşulublar. Bu dövlət-vətəndaş birliyinin bir nümunəsidir. Xalqımız tarixən dövlət əhəmiyyətli məsələlərdə həmrəy olub, bu gün də bu həmrəyliyi nümayiş etdirir.
Bu pandemiyaya biz güclü dövlətimiz və həmrəyliyimiz nəticəsində qalib gələcəyik!"

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu