Virusla mübarizə: “Dövlət vəzifəsini icra edir, vətəndaşlar da adekvat davranmalı...”

“Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində  Azərbaycanda dövlət səviyyəsində atılan addımları, görülən işləri yüksək qiymətləndirirəm.Qarşıya qoyulan bütün məqsədlər Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığı üçün nəzərdə tutulub”. Bu sözləri “Sherg.az”a açıqlamasında “Novoye Vremya”qəzetinin  baş redaktoru Şakir Ağayev deyib. 

Onun sözlərinə görə, “Covid-19”virusunun ölkəmizdə yayılmasının və ölüm hallarına yol açmasını önləmək üçün virus daha dünyanı cənginə almamış Azərbaycan rəhbərliyinin qərarı ilə Operativ Qərargah yaradıldı və dövlət qurumlarının fəaliyyəti əlaqələndirildi. Sözsüz ki, qabaqlayıcı tədbirlər bununla bitmədi:




"Sərhəd -keçid məntəqələri, hava yollarına nəzarət gücləndirildi, şübhəli şəxslər karantinə alınmadan ölkəyə buraxılmadı. 
Dövlətin fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiya edildi və ÜST-nin tövsiyələrinə ciddi əməl olundu. Məhz bunun nəticəsi idi ki,  ÜST Azərbaycanın dünyada koronavirusla ən effektiv mübarizə aparan ölkələrdən olduğunu bəyan etdi.
 
 Koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər və tibbi ləvazimatlar ölkəyə gətirildi və virusun yayılmasının qarşısını almaq məqsədilə zəruri olan bütün  tibbi qaydalar həyata keçirildi. Ölkədə bəz izolyasiya qaydalarının tətbiqinə başlanıldı və məktəblər, bəzi dövlət qurumlarının işçiləri aylıq əməkhaqqı ödənilməklə tətilə buraxıldı. Müxtəlif dövlət qurumlarının onlayn rejimdə işə keçməsi həyata keçirildi.
Ən önəmlisi isə Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, Prezidentin ehtiyat fondundan 20 milyon əlavə vəsait ayrıldı. Bütün bunlar zəruri və təqdirəlayiq haldır". 

Dövlətin öz üzərinə düşən vəzifəni layiqincə icra etdiyini vurğulayan Ş.Ağayev hesab edir ki, yerdə qalan öhdəlik vətəndaşların üzərinə düşür:

 “ Əhali də adekvat reaksiya verməlidir.  Dünyəvi bəla hesab edilən bu virusla bağlı məsələlərə, tövsiyələrə qeyri-ciddi yanaşmaq olmaz.  Bununla təkcə özümüzün yox, bütün ətrafımızın həyatını təhlükəyə atmış olarıq. Bir az səbrli olmaq və əvvəlki həyat tərzimizə  müəyyən məhdudiyyətlər qoymalıyıq ki bu bəladan ən az zərərlə çıxaq. Gördüyünüs kimi, cəmiyyətin bütün  resursları koronavirusa qarşı səfərbər edilib.  Bu mənada Azərbaycanda koronavirus təhlükəsinə qarşı həyata keçirilən tədbirlər kompleks xarakter daşımalı və bizlər də dövlətlə birlikdə  və öz bacarıqlarımızı ortaya qoymalıyıq. Ən azından özümüzün və ətrafımızdakı insanların sağlamlığını riskə atacaq davranışlara yol verməməliyik.
 Redaksiyada və gündəlik həyatımızda ehtiyat tədbirlərini günlük həyatın bütün yönlərində tətbiq etməyə çalışıram. İş otaqlarımız və texniki vasitələr hər gün təmizlənir və spirtlə dizinfeksiya edilir. Bəzi işçilərimiz öz fəaliyyətlərini “online” davam etdirirlər. İntensiv iş rejimimizi internet üzərindən həyata keçirir, yalnız qəzet çıxan günlər redaksiya əməkdaşlar işə gəlməli olur”. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu