Prezidentdən müxalif partiya liderlərinə alicənab jest:“Yeni münasibətlər sistemi başlanır”

"Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim”



"Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib".

"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

Partiya rəhbəri bildirib ki, bu təbriki ona Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb: 



"Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim. Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu