“Vətəndaşın təhlükəsizliyi və sosial təminatı əsas meyardır” - Deputat


“Koronovirusla Mübarizəyə Dəstək Fondun yaradılmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın azalması, dövlət dəstəyinin gücləndirilməsidir”



Prezident İlham Əliyev Koronavirus pandemiyasından irəli gələn kəskin dalğalanmaların ölkəmizin iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Dövlətimiz ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.


Qarşıda duran əsas vəzifələrdən biri də iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

Millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirusla bağlı Nazirlər Kabinetinə 1 milyard manatın ayrılması birmənalı şəkildə cənab Prezidentin vətəndaşlara qayğısıdır.
Deputat qeyd edib ki, ayrılan vəsait həm də koronavirusun sahibkarlara və əhaliyə təsirinin azalması ilə bağlı siyasi iradəni bir daha nümayiş etdirir:

“Ölkə başçısının həyata keçirdiyi siyasətin ana xətti vətəndaşlarımızın təhlükəsizliyi və sosial təminatın gücləndirilməsidir. Koronovirusla Mübarizəyə Dəstək Fondun yaradılması bir neçə sektorda sahibkarlara dəyən ziyanın minimumlaşdırılması ilə bağlı fəaliyyətin həyata keçməsi məqsədi daşıyır. Koronavirusun təsirlərinin azaldılmasına dair həyata keçirilən tədbirlər fərqli sektorlarda- turizmdə, xidmət sektorunda, nəqliyyat və logistikada çalışan sahibkarların fəaliyyətinə təsir göstərir. Onların fəaliyyətinin məhdudlaşdırılması əldə etdikləri gəlirin azalmasına səbəb olub. Bu baxımdan yeni fondun yaradılmasında məqsəd sahibkarlara eləcə də vətəndaşlara dəyən ziyanın azalması və dövlət dəstəyinin gücləndirilməsidir. Formalaşan işçi qrupların məqsədi məhz sahibkarların, eləcə də vətəndaşlara dəyən ziyanın azalmasına dair fəaliyyətin həyata keçirilməsidir. Burada yalnız sahibkarlara dəyən ziyanın minimumlaşdırılması deyil, eyni zamanda işləyən əhaliyə dəyən ziyanın azaldılması prioritet məsələlərdən biridir”. 

V.Bayramov bildirib ki, xidmət, turizm eləcə də ictimai iaşə sektorunda çalışan vətəndaşlarımızın gəlirlərində koronavirusa görə azalmalar var. Cənab prezidentin də əsas məqsədi mənfi təsirləri azaltmaqdır:

“Yeni iş yerlərinin yaradılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması əsas hədəflərdən biridir. Sosial iş yerlərinin yaradılması yenə də prioritet olaraq qalır. Sahibkarlara dəyən ziyanın azaldılması üçün formalaşan işçi qrupu fərqli sektorlarda çalışan sahibkarlar üçün nəzərdə tutulur. İşçi qrupların yaradılması ondan xəbər verir ki, dövlətimiz növbəti mərhələdə də koronavirusun iqtisadiyyatımıza, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı fəaliyyəti prioritet olacaq”. 

Deputatın sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın proseslərə çevik reaksiyası təqdirəlayiqdir:

“Bütövlükdə məqsəd koronavirusun ölkəmizə və cəmiyyətimizə təsirlərinin minimumlaşdırılmasına nail olmaqdan ibarətdir. Nəzərə alsaq ki, Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək proqramı hazırlayır. Bu dəstəyin gücləndirilməsi koronavirusun daha çox təsir göstərdiyi sektorlarda sahibkarlar üçün yeni dəstək mexanizminin tətbiqi nəzərdə tutur. Bütün bunlar sahibkarın həm birbaşa, həm də dolayı dəstək mexanizmindən istifadəsinə imkan yaradacaq. Fondun formalaşması, dəstəyin gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması ondan xəbər verir ki, koronavirusun Azərbaycan sahibkarlarına, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması əsas hədəfdir. Dövlətimiz qlobal problem olan koronavirusun cəmiyyətimizə təsirinin azalması üçün hər zaman vətəndaşların yanındadır. Hər bir vətəndaşın təhlükəsizliyi və sosial təminatı Azərbaycanda həyata keçirilən siyasətin əsas meyarıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu