İsmayıl Şıxlının yeni kitabı işıq üzü görüb – Doğum gününə ithaf


Məni itirməyin"ə daxil edilən "Cəbhə gündəlikləri" əsəri ilk dəfə latın qrafikası ilə oxucuların ixtiyarına verilib"


Bu gün Azərbaycanın görkəmli  nasiri, yazıçı, pedaqoq İsmayıl Şıxlının doğum günüdür. 1938- ci ildə "Ədəbiyyat" qəzetində dərc etdirdiyi "Quşlar" şeiri ilə ədəbiyyata gələn və yardıcılığına “Dəli Kür” romanı ilə möhür vuran İsmayıl Şıxlı özünün məhsuldar yaradıcılığı və xalqın istəyini ifadə edən cəsarətli çıxışları ilə həmkarlarından fərqlənib. Qeyd edək ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.



Dahi yazıçının layiqli davamçısı, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı "Sherg.az"a açıqlamasında bildirib ki, bu il kütləvi tədbirlər nəzərdə tutulmayıb: 

"Ötən il dövlət başçısının Sərəncamı ilə silsilə tədbirlər keçirildi. Amma bu il mövcud koronavirus pandemiyası ilə əlaqədər xüsusi bir təşəbbüs nəzərdə tutulmayıb. Onu deyim ki, İ.Şıxlının "Məni itirməyin" kitabı çap olundu. Kitaba daxil edilən "Cəbhə gündəlikləri" əsəri ilk dəfə latın qrafikası ilə oxucuların ixtiyarına verilib".

  Baş redaktorun sözlərinə görə, İ.Şıxlı dilin saflığına daim xüsusi diqqətlə yanaşıb:
"Həmişə bizə deyirdi ki, yaxşı insan olmaq lazımdır. Onun tövsiyələrinə əməl etməyə çalışırıq. Atam dilin saflığını, paklığını qoruyurdu. Mən də öz yaradıcılığımda bu ənənəni davam etdirməyə çalışıram. Bəzən fəal leksikamıza alınma sözlər əlavə etmək istəyirlər. Halbuki o sözlərin dilimizdə daha yaxşı qarşılığı var. Belə hallara yol vermək olmaz".
                                 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu