Son Dəqiqə! - Marneuli və Bolnisi karantin zonası elan edildi - Yollar bağlanır?

Baş nazir Giorgi Qaxariya koronavirus təhlükəsi ilə əlaqədar Marneuli və Bolnisi rayonlarında sərt karantin rejimi elan etdi.

24News.ge xəbər verir ki, bu barədə baş nazir az öncə keçirdiyi brifinqdə bildirib.

Baş nazir bəyan edib ki, Marneulidə qeydə alınan virus faktı yoluxmanın ölkədaxili yayılmasının işarəsidir və buna görə də Marneuli və Bolnisi rayonlarında sərt karantin elan edilir.

Baş nazir hal-hazırda 490 nəfərin xəstə ilə kontaktda olduğunun aşkarlandığını bəyan edib.

Baş nazir daxili yayılma risklərinin böyük olduğunu və buna görə də hökümətin bu qərara gəldiyini bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu