Ağcabədidə 16 yaşlı şəxs polisi bıçaqladı


Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakini Nadim Qürbətov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, N.Qürbətov Ağcabədi rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır.

Polis əməkdaşı yetkinlik yaşına çatmayan 16 yaşlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu