"Universitetlərimiz dünya reytinqində irəliləyə biləcək" - Təhsil eksperti dəyişikliyi müsbət dəyərləndirib


"Elmi təşkilatlara yeni hüquqların verilməsi gündəmdədir". “Elm haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, elmi təşkilatlar dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malik olacaq. Hazırda  isə ancaq elmi müəssisələr belə hüquqa malikdir".

Sözügedən dəyişikliyi şərh edən təhsil eksperti Kamran Əsədov ölkəmizdə fəliyyət göstərən ali təhsil müəsissisələrinin kadr hazırladıqları ixtisasların beynəlxalq akkreditasiya qazanmadığını deyib. 

Onun sözlərinə görə,  akkreditasiya sertifikatı yalnız saxtakarlıqdan qorxmadan etibar edilə bilən təşkilatlara verilir. Bizdə isə heç bir ixtisas ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya almayıb: “Halbuki bu beynəlxalq reytinq üçün ən zəruri tələblərdən biridir. 
Universitetlərin beynəlxalq akkreditasiya olunmuş bir çox ixtisaslar üzrə fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə uyğun olması təsdiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilir. Tələbələr  də fakültədə həmin fənləri oxuyub, müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını əldə edirlər.
Qeyd edim ki,  ACCA(The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır, amma bizim ali təhsil olacaqlarını burada görmək olmur. 
Universitetlərimiz beynəlxalq akkreditasiyadan ona görə keçə bilmirlər ki, onların texniki reqlamenti, kadr potensialı  və digər göstəriciləri olduqca aşağıdır. Amma bir çox hallarda beynəlxalq akkreditasiyadan ali təhəsil müəssisələrinin keçə bilməməsi qanunvericilik aktlarımızdakı boşluqların və onlar qarşısında belə bir tələbin olmamasından irəli gəlir. 
Hesab edirəm ki, universitetlərimizin beynəlxalq akkreditasiyadan keçməsi onların müasir standartlara və əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını həyata keçirməyə imkan verəcək və onların dünya reytinqində irəliləməsinə şərait yaradacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu