"Prezident İlham Əliyevin təşəbbüsü daxili həmrəyliyi daha da gücləndirdi" - Millət vəkili 

"Mən də bu gün deputat maaşımın bir hissəsini Fondun hesabına köçürdüm"


“Dünyanı öz cənginə alan və bəzi ölkələrdə ciddi fəsadlar törədən koronavirus infeksiyasının ölkəmizdə zərərlərinin minimumlaşdırılması dövlətimizin preventiv tədbirlərinin və birlikdə nümayiş etdirdiyimiz gücün nəticəsidir”. 

Bu sözləri millət vəkili Elşad Mirbəşir oğlu deyib.

Deputat qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü daxili həmrəyliyi daha da gücləndirdi. Belə ki, Prezidentin müvafiq fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması dövlət-vətəndaş birliyinin  növbəti unikal platforması kimi qiymətləndirilməlidir: “Artıq ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlər, siyasi partiyalar, habelə imkanı çatan duyarlı vətəndaşlarımız koronavirusla mübarizəyə töhfə vermək məqsədilə Fondun hesabına müxtəlif məbləğdə ianələr ediblər. 
Mən də Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını virusun qarşısının alınmasında çox effektiv və vacib bir addım hesab edərək, bu gün deputat maaşımın bir hissəsini Fondun hesabına köçürdüm. Hesab edirəm ki, belə günlərdə imkan daxilində fədakarlıq etmək vətəndaş olaraq milli təhlükəsizliyimizə biganə qalmadığımızı göstərir. Dövlət bütün imkanlarını səfərbər etdiyi kimi, vətəndaşlarımız da dünyanı ciddi sınaq qarşısında qoyan bu bəla ilə mübarizədə azacıq da olsa, dövlətə öz dəstəyini nümayiş etdirməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu