“Espanyol”un sabiq baş məşqçisi koronovirusdan ölüb


İspaniyanın “Espanyol” klubunun sabiq baş məşqçisi Benito Xoanet vəfat edib.

Apasport.az saytının məlumatına görə, 84 yaşlı futbol veteranının ölümünə koronavirus səbəb olub.

Barselonada anadan olmuş Xoanet vaxtilə bir sıra komandaların, o cümlədən “Espanyol”la “Deportivo”nun qapıçısı kimi çıxış edib.  Məşqçi kimi “Deportivo”, “Erkules” və “Kadis”də də işləmiş mütəxəssis karyerasında üç dəfə komandasını Sequndadan Primeraya çıxarıb.

Qeyd edək ki, Xoanet son vaxtlar xroniki xəstəliklərdən əziyyət çəkirdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu