Bir ay səbir edin! - "Ərzaq pulu olmayanlara  dövlət yardım edəcək" - Siyahı var


 Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar Azərbaycanda xüsusi rejim tətbiq olunub. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərinə başlanıb. 

Əlbəttə, bu məqamda fəhlə və gündəlik xidmətlə məşğul olub, günü 10 manata işləyənlər  maddi durumlarının ağırlaşa çağından narahatdırlar. Onlar bir ay evə çörəkpulu apara bilməyəcəklərini düşünürlər. Bu məsələ onları qayğılandırmaya bilməz. Amma Azərbaycan hökumətinin gördüyü çoxvektorlu və konseptual tədbirlər zamanı bu məsələ də nəzərə alınmamış deyil.

Maraqlıdır, dövlət  həmin şəxslərə hansı formada dəstək göstərəcək?  

Sualınızı cavablandıran "Altay" Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Elçin Bayramlı "Sherg.az"a bildirib ki, hələlik, şəxsi fəaliyyətlə məşğul olanların işi dayandırılmayıb, hətta dayansa belə, 1 ay evdə yemək üçün ərzaq almağa pul taparlar: 
"4-5 nəfəriik ailənin ərzağını 200 manatla da təmin etmək olar. Əlbəttə, çətin vəziyyətdə olanlara, aylıq ərzağa belə pulu olmayanlara dövlət yardımlar edəcək. Hələ ki, fövqəladə vəziyyət elan olunmayıb, o kritik vaxta gəlib çatmamışıq. Yoxsul, işsiz, xəstə, əlil insanların, köməyə ehtiyacı olanların siyahısı müvafiq dövlət orqanlarında, bələdiyyələrdə var. Dövlət üzərinə düşən hər şeyi edir və edəcək. Ən mürəkkəb anda bu dar günlər üçün yıdığımız 50 milyard dollarlıq strateji ehtiyatlardan xərclənəcək. Fonda da böyük vəsaitlər yığılır. Təkcə dövlət yox, şirkətlər, imkanlı vətəndaşlar da xəstə, əlil, yoxsul insanlara kömək edəcək. Onlarla xeyriyyə cəmiyyətləri, sosial yardım fondları var, onlar da edəcək. Heç kim acından ölməyəcək. Cəmi 1 ay səbr etmək lazımdır. Vətəndaşlar qoyulan qaydalara riayət, tövsiyyə edilən məsləhətlərə əməl etməlidir. İnşallah bu bəlanın öhədəsindən birlikdə  gələcəyik"

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu