Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb


Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb.

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla,  Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilib.

"Azərbaycan Dəmir yolları" QSC-dən APA-ya verilən xəbərə görə, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən, Sumqayıtdan isə Bakıya saat  17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu