"Bəzi hallarda evdə qalmaq insanlarda daha çox xof yaradır..." - QHT sədri təklif səsləndirdi

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova QHT-lərə Dövlət Dəstəyi Şurasına koronavirusla bağlı çağırış edib. Müraciətdə deyilir:

- Mövcud epidemiya hər kəsin həyatına informasiya qismində də olsa daxil olub. İnsanlara #evdəqal cağırışları edilir. Lakin bəzi hallarda evdə qalmaq insanlarda daha çox xof yaradır, sanki son dəfə azadlıqlarını yaşayırlar deyən, daimi evdən cıxmağa can atırlar.

Bəzi hallada evdə qal cağırşları, daha çox ittiham, qarğış formasında tətbiq edilir. Bunu ziyaılılar belə edir. Belə yanaşma əks təsir yaradır, aqressiya və qəzəbə gətirir. Bütün bunları dayandırmaq, insanların bir ay ərzində evdə həyatını maraqlı etmək üçün biz QHT nə edə bilərik?

Ölkədə 5 mindən yuxarı həyatın müxtəlif sahələrinə aid fəaliyyət göstərən QHT-lər var.

QHT Dövlət Dəstəyi Şurasından xahişim var, imkanınız daxilində, bir internet kanal açaraq, hər QHT bir saat vaxt verilməklə, həm maarifləndirmə, həm də, canlı zənglər edilməklə inetraktiv proqramlar həyata keçirilsin!

Vaxtdan səmərli istifadə edək. Cənab prezidentə bu mübarizədə yardımçı olaq!


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu