“Virusdan qorunmağın ən ideal yolu evdə qalmaqdır" - İnfeksionist həkim

“Covid-19 infeksiyasından qorunmağın ən önəmli 2 yolu var: əlləri tez-tez yumaq və sosial izolyasiya”.

Bu sözləri İnfeksionist həkim Vüsalə Yaşar deyib. Həkimin sözlərinə görə, virus xəstə insan asqırdıqda, öskürdükdə ifraz olunan damlaların içində 1-2 metr məsafəyə kimi çata bilər. Böyük partikullar olduğu üçün havada asılı qalmır və səthlərə çökür. Bu səbəbdən tez-tez toxunulan səthlərə toxunduqdan sonra əllərinizi yumağınız vacibdir. Əgər asqıran, öskürən insanla 1-2 metr məsafədən daha yaxında 10 dəqiqədən çox qalsanız yoluxa bilərsiniz. Ona görə də xəstələrin cərrahi maska taxmasını israrla qeyd edirik. Sağlam insanların maska taxmasına ehtiyac olmadığını vurğulayan infeksionist hesab edir ki,  asqıran, öskürən, yuxarı tənəffüs yolları infeksiyaları olan insanlar ətrafa virus saçmamaq üçün maska taxmalıdır. Eyni zamanda da xəstə insana qulluq edənlər və tibb personalı. Çünki virus xəstə insanların asqırması, öskürməsi zamanı ifraz olunan damlalarin icində səthlərə çökür , havada asılı qalmır: “Virusdan qorunmağın ən önəmli yolu sosial izolyasiyaya uyğun məsafələri qorumaq,  ən idealı isə evdə qalmaqdır. Siz evdə qalmaqla xəstəliyin yayılmasının qarşısını almış olursunuz.

Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi  ilə Azərbaycan Respublikası  Prezidentinin göstərişi və Nazirlər Kabinetinin yanında yaradılmış xüsusi qərargah xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində bir sıra silsilə şəkilli çox ciddi addımlar atıb. Bu qaydalardan biri də lazım olmadığı hallarda evdən çıxmamağa əhaliyə çağırış etməkdir. Bu ictimai fəaliyyətin yayılmasına dəstək olaraq Modern Hospital kollektivi adından biz də, öz mesajımızı verdik...
Qaydalara əməl etmək hər bir vətəndaşın vəzifə borcudur. Gəlin virusa qarşı qaydalara əməl edərək birlikdə qalib gələk!”


 Şəymən

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu