İsraildə indiyədək 1442 nəfərdə koronavirus aşkarlanıb

İsraildə koronavirusa yoluxanların sayı 204 nəfər artaraq 1442-ə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 29 xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir, 41 nəfər sağalıb. Martın 20-də Səhiyyə Nazirliyi koronavirusa yoluxmuş ilk xəstənin öldüyünü elan edib.
Ölkədə ilk yoluxma hadisəsi fevralın 27-də İtaliyadan qayıdan bir İsrail vətəndaşında aşkarlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu