“Rəsmi Bakı düzgün mövqedədir – ŞƏRH

“Azərbaycan Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir” 

“Əminik ki, müttəfiqlərimiz də Qarabağ problemimizə münasibətdə həmişə Azərbaycanın mövqeyini müdafiyə edəcəklər”



"Azərbaycan Respublikasının Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi və Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, bu "seçki"nin nəticələrini tanımaması tamamilə təbii haldır və düzgün mövqedir".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, Gürcüstan kimi Azərbaycanın özü də separatçılığa, ərazi bütövlüyünün pozulmasına, işğala məruz qalmış ölkədir: 



"Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ ərazisində qondarma rejim yaratmış separatçı ermənilər də martın 31-də "seçki" keçirməyi planlaşdırırlar. Separatçılığa və işğala məruz qalmış ölkələr beynəlxalq platformalarda bir-birinə dəstək verməlidirlər ki, separatçı qüvvələr özlərini legitimləşdirmək imkanlarından məhrum olsunlar. Azərbaycan hər zaman Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da bu siyasətini davam etdirəcək. Əminik ki, müttəfiqlərimiz də Qarabağ problemimizə münasibətdə həmişə Azərbaycanın mövqeyini dəstəkləyəcəklər. Çünki separatçılıq və terrorizmə yalnız birgə səylərlə qalib gəlmək mümkündür".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu