Karantin tədbirləri zəruridir: “Gigiyenik çağırışları dəstəkləyir və təşviq edirik”


“Hazırda ölkədə tətbiq olunan karantin tədbirlərini və gigiyenik çağırışları dəstəkləyir və təşviq edirik”.
Bu sözləri “Sherg.az”a  açıqlamasında “Türküstan”qəzetinin baş redaktoru  Aqil Camal deyib. 
Ehtiyat tədbirlərini günlük həyatın bütün yönlərində tətbiq etməyə çalışdığını vurğulayan A. Camal hesab edir ki, ölkədə müddətli  sərt karantin tədbirlərinin həyata keçirilməsi zəruri idi: 

“Bir çox insanın tövsiyyələrə uyması üçün fövqəladə vəziyyətin elan olunmasına ehtiyac vardı. İnsanlarımız vəziyyətin ciddiliyinə inanmayacaq əks halda.   İşlə bağlı deyə bilərəm ki, hazırda Novruz tətili ilə əlaqədar evdən işləyirik. Amma hazırkı vəziyyətlə bağlı intensiv iş davam edir. Tətildən sonrakı müddətdə də, vəziyyət stabilləşənə qədər yalnız qəzet çıxan günlər texniki işçilər işə dəvət olunacaq. Digər fəaliyyətlər isə internet üzrərindən yürüdüləcək”.

 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu