Şou-biznes nümayəndələri də Fonda pul köçürüb – Röya, Nüşabə və Nadir... 

Koronavirus təhlükəsinə qarşı Azərbaycan xalqı birlikdə mübarizə aparır.Bu həmrəy mövqeyə sənətə dünyasında da rast gəlirik. Yaxın günlərdə xalq artisti Röya Ayxan  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.
Müğənni Nadir Qafarzadə  isə “İnstagram” səhifəsində verdiyi açıqlamada bildirdi ki, Fonda pul ianə edə bilməyib, lakin həmin məbləği sosial şəraiti ağır olan ailələrə xərcələyəcək.

Şou dünyasından digər dəstək xəbəri də dünən gəldi. "Sherg.az" xəbər verir ki əməkdar artist Nüşabə Ələsgərli “İnstagram” səhifəsindən açıqlama verərək bir aylıq maaşını Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyünu söyləyib:
“Mən də bir Azərbaycan vətəndaşı olaraq bir aylıq maaşımı Fonda köçrdürəm. Allah xalqımızı, Prezidentimizi qorusun.Dünyamız salamat olsun”.
 
Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu