Ronaldo iki cəlbedici təklif alıb

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk edə bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz hücumçu iki cəlbedici təklif alıb.

Bunlardan biri Fransa təmsilçisi PSJ-dəndir. Ulduzları böyük pullar hesabına transfer etməsi ilə diqqət çəkən Paris klubu portuqaliyalını da heyətində görmək niyyətindədir.

Ronaldonun vaxtilə şərəfini qoruduğu “Mançester Yunayted” də sabiq oyunçusunu qaytarmaqda maraqlıdır. Lakin portuqaliyalı üçün vacib olan komandanın Çempionlar Liqasında çıxış etməsidir. Mançesterlilər də onu qaytarmazdan öncə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə əldə etməlidir.

Qeyd edək ki, Kriştianunun “Yuventus”la müqaviləsi 2022-ci ilin iyununa qədərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu