İrəvan küçələrinə zitehli texnika çıxarıldı -Foto


Martın 16-dan koronavirus təhlükəsinə görə fövqəladə vəziyyət elan olunan Ermənistanda daha sərt tədbirlərə əl atılmaqdadır.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, martın 24-ü, gecə saatlarında hakimiyyət paytaxt İrəvanın küçələrinə zitehli BTR-lər çıxarıb. Polisə məxsus zirehli texnikanın fotosunu erməni jurnalistlər İrəvanın Şaumyan küçəsində və daha bir ünvanda çəkiblər. Məlumatda deyilir ki, martın 25-dən 31-dək ölkə vətəndaşlarının hərəkətlərinə məhdudiyyətlər qoyulub. “Məqsəd Ermənistanda yeni növ koronavirusun yayılmasının qarşısını almaqdır”, məlumatda deyilir. Ermənistan Milli Məclisinin son iclasında fövqəladə vəziyyət rejiminin qaydaları barədə qanun ikinci oxunuşda təsdiqlənib. Qanunda qaydaları pozan vətəndaşlar barədə sərt tədbirlər də əksini tapır. 24 martda isə Ermənistan prezidenti Armen Sarkisyan qanunu imzalayıb. Belə ki, fövqəladə vəziyyət rejimini pozan vətəndaşlar 100-250 min erməni dramı məbləğində cərimələnəcək. Karantin rejimini pozanlar isə 300-350 min dram cərimələnəcək, hətta belələrini bir aylıq həbs gözləyir. Bundan əlavə, qaydaları pozanların daha böyük məbləğdə cərimələnməsi və iki ilədək həbsi nəzərdə tutulur.

Son məlumata görə, Ermənistanda 249 koronavirusa yoluxma halı qeydə alınıb.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu