"Fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur" - Partiya sədri  

"Vəziyyətin nəzarətdə saxlanması üçün hökumət  gərəkən bütün zəruri tədbirləri görür"

"Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur".

Bunu "Sherg.az"a Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.


Partiya rəhbəri bildirib ki, buna baxmayaraq, bəzi insanlarımız sosial şəbəkədə fövqəladə vəziyyətin, sərt karantin rejiminin elan edilməsi təəssüratını formalaşdırmağa çalışırlar: 

"Onlar əhali arasında panik əhval-ruhiyyə yaratmağa cəhd göstərirlər. Axı indi süni gərginlik, ajiotaj, xof yaratmaq zamanı deyil. Heç olmasa, mətbuatı, xəbər saytlarını diqqətlə izləyin. Nazirlər Kabinetindən bildiriblər ki, əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər. Lakin indi fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur".

Politoloqa görə, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı mövcud durum istər İranla, istərsə də Gürcüstan və Ermənistanla müqayisədə kifayət qədər qənaətbəxşdir: 

"Vəziyyətin nəzarətdə saxlanması üçün hökumət də gərəkən bütün zəruri tədbirləri görür. Odur ki, panika yaratmağa heç bir əsas yoxdur. Ümid edirəm ki, xalq və ölkə olaraq biz bu sınaqdan üzü ağ çıxacağıq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu