"İlk gündən Azərbaycan hökuməti bu məsələdə çevik hərəkət etdi" - Tarixçi-alim 

"Ölkə başçısının bu istiqamətdə bütün addımları bəyəniləndir"

"Koronavirus məsələsində ciddi olmaq lazımdır. Çünki bu virus pandemiya elan edilib".

Bu barədə "Sherg.az"a tarixçi-alim Dilavər Əzimli deyib.

Tarixçi bildirib ki, virusun nə qədər təhlükəli olduğu ortadadır: 

"Maraqlıdır ki, bu pandemiyaya biz də lağlağı kimi baxanlar çoxdur. Onların fikrincə, bu, bir siyasi məsələdir və keçib gedəcək. Lap olsun siyasi məsələ. Nə dəyişir axı, siyasi məsələ olsa belə insanlar ölür. Deməli hamımız yoluxa bilərik. Ona görə də ciddi olmalı və həmrəylik nümayiş etdirməliyik. Hesab edirəm ki, ilk gündən Azərbaycan hökuməti bu məsələdə çevik hərəkət etdi. İndi hamımız bu pandemiyaya qarşı diqqətli olmalıyıq. Ölkə başçısının bu istiqamətdə bütün addımları bəyəniləndir.  Ölkə əhalisi nə qədər həmrəylik nümayiş etdirsə, bu bəladan az itki ilə çıxa bilərik. Bütün hallarda bizə əhalimizin sağlamlığı daha vacibdir. Bu, həm də bir imtahandır".

D.Əzimliyə görə, imkanlı şəxslər, iş adamları ehtiyac sahiblərinə yardım etməlidir: 

"Bildiyiniz kimi, şadlıq evləri, kafelər, restoranlar, tkinti sektorları işləmir. Bu obyektlərdə minlərlə insanlar çalışırdı. Onların əksəriyyəti günəmuzd idilər. İndiki çətin vaxtda sahibkarlardan, milyonlar yığanlardan səs çıxmalıdır. Onlar evlərdə yaşayan tənha insanları himayəyə götürməlidirlər. Tələbələrə, günəmuzd işləyənlərə vəsait ayırmalıdırlar. Onda həmrəylik də alınar, elliklə gələn bəla da tezliklə sovuşar"

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu