Bacardıq: "Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir"


“Prezident İlham Əliyevin Hövsan yaşayış kompleksinin açılışında dediyi fikirlər bu günki Azərbaycanın reallığıdır”.

Bu sözləri “Sherg.az” a açıqlamasında millət vəkili Azər Badamov deyib.  Deputat hesab edir ki, cənab prezidentin uzaq görən siyasəti Azərbaycanın dünyada ilklərə imza atmağı ilə bir nümunə göstərməyimizi ortaya çıxardır:

“Biz, ASAN xidməti, DOST mərkəzlərini yaratdıq. Bu gün dünyanın bir çox ölkələri bizim bu təcrübəmizi öyrənir və bir neçə ölkə isə artıq bu təcrübəmizi öz ölkələrində tətbiq etməyə başlayıblar. 19 martda yaradılmış Kornonavirusla Mübarizəyə Dəstək Fondu da bu qəbildəndir. Bu gün bu fond təcrübəmizi də dünyada tətbiq etməyə başlayırlar. Ölkə başçısının qeyd etdiyi kimi ,"Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət duyğuları bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.”
    Fondun yaradılmasından sonra cənab Prezident və I Vitse Prezident öz bir illik əmək haqlarını bu fonda ianə etməsi ölkədə milli həmrəylik üçün bir nümunə oldu. Azərbaycanda və Azərbaycandan kənarda yaşayan iş adamları, hüquqi şəxslər və fiziki şəxslərin fonda etdiyi ianələrin aktiv xarakter alması və pandemiyaya qarşı mübarizədə, ölkə üçün vacib və lazımlı anlarda milli həmrəyliyin təcəssümü kimi qeyd etmək olar. Bu, Azərbaycanı milli həmrəyliyinə görə dünyada öndə olan xalq olduğunu bir daha sübut etdi”. 
A.Badamov deyib ki, Azərbaycanda milli həmrəylik və birlik iqtidar - xalq , xalq - dövlətçilik və vətənpərvərlik münasibətləri sarsılmazdır və dünyaya bir nümunədir. Bu birlik və həmrəylik prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən möhkəmlənir.

Şəymən

Paylaş

Bizi Facebookda izləyin
menu
menu