"İndiki halda milli birlik əsas şərtdir"- Deputat


Dünən dövlət başçısı İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib. Açılış zamanı prezident dövlət televiziyasına müsahibə verib. O, koronavirusla bağlı mövcud vəziyyətə də toxunaraq əhalini həmrəy olmağa çağırıb. 

 Millət vəkili Musa Qasımlı "Sherg.az"a açıqlamasında prezident İlham Əliyevin bu istiqamətdəki bütün təşəbbüslərini müsbət qiymətləndirdiyini deyib:

"Dövlət başçısının çıxışını diqqətlə izlədim. Sevindiricidir ki, mövcud vəziyyətə baxmayaraq, sosial layihələr davam edir. Hökumət, şəxsən dövlət başçısı bu məsələyə ciddi nəzarət edir. Sadəcə gərək vətəndaşlar da məsuliyyəti başa düşsünlər. İndiki halda milli birlik əsas şərtdir. İnanıram ki, birlikdə bu bəlaya da qalib gələ biləcəyik".

 Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu