Tənzilə Rüstəmxanlı: "Azərbaycan xalqının təhlükəsizliyi üçün işlər görülür"

"Cənab Prezidentin atdığı bütün addımları yüksək dəyərləndirirəm"

“Cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva koronavirusa çox həssaslıqla yanaşdılar. Dövlətin bütün qərarları, bu virusa qarşı atılacaq hər addım yüksək səviyyədədir. Ölkədə karantin rejiminin tətbiqi mütləq lazım idi”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.


T.Rüstəmxanlı bildirib ki, virusla bağlı başqa ölkələrdə çox pis hallar baş verir:

“Tibbin beşiyi sayılan Avropanın səhiyyə sistemi çökdü. Onlar da tədbirlər görmüşdü, amma əhali bu tədbirlərə əməl etmədi. Ona görə də bu gün həmin ölkələrdə virus sürətlə yayılır. Koronavirusla bağlı alınan qərarlara uymaq lazımdır. Panikaya düşməmək, qorxu içində yaşamaq olmaz. 65 yaşdan yuxarı insanların küçəyə çıxmasını ona görə qadağan edirlər ki, bu, onların xeyri üçündür. Çünki virus həmin yaşda insanlara pis təsir edir, ağciyərləri məhv olur, bronxlara ciddi təsir göstərir. Dövlət həmin yaşlıların həyatını itirməməsi üçün qərarlar alır. Amma o demək deyil ki, yaşlı insanları psixoloji duruma salmaq lazımdırl. Hiss edirəm ki, həmin insanların içində bir qorxu əmələ gəlib. Küçəyə çıxmağa ehtiyat edirlər. Atılan addımlar elə səviyyədə olmalıdır ki, həmin insanlar özlərini lazımsız hesab etməsinlər. Bu gün Türkiyə kanalında bir verilişə baxırdım. Proqramda göstərilirdi ki, küçədə gedən cavanlar yaşlı insanlara “sən bizə yaxınlaşma koronavirussan” deyirdi. Bu, olduqca çox pis haldır. İnanıram ki, ölkəmizdə vəziyyət belə səviyyəyə gəlməz. Dövlətin gördüyü tədbirlər çox ciddidir. Cənab Prezidentin atdığı bütün addımları yüksək dəyərləndirirəm. Bu, ümummmilli məsələdir. Azərbaycan xalqının təhlükəsizliyi üçün işlər görülür. Millət olaraq həmrəy olmalıyıq. Millətimizin təhlükəsizliyi üçün hər birimiz verilən qərarlara əməl etməliyik. Əminəm ki, xalqımız bu bəlanın öhədsindən az itki ilə gələcək”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu