Azərbaycanda tibbi maska qıtlığı yaşanmayacaq - Özümüz istehsal edəcəyik


Dünən prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib. Bu zaman dövlət televiziyasına müsahibə verən dövlət başçısı bir sıra cari məsələlər, o cümlədən koronavirus təhlükəsi haqqında danışıb. O, vətəndaşları yeni qaydalara, gigiyenik qaydalara əməl etməyə çağırıb. 

Dünyada yayılan koronavirus təhlükəsi ilə bağlı olaraq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da tibbi maskaya təlabat artıb. Bu tələbatı ödəmək məqsədilə ölkəmizdə irihəcmli tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, artıq avadanlıqlar alınıb.

 Məsələ haqqında "Sherg.az"a danışan iqtisadçı- ekspert Natiq Cəfərli iqtisadiyyatımızın buna imkan verdiyini deyir:


"Tibbi maska istehsal etmək üçün mürəkkəb texnologiyaya ehtiyac yoxdur. Xammal da kifayət qədərdir. Odur ki, bu istiqamətdə hansısa çətinlik çəkəcəyimizi düşünmürəm". 

N.Cəfərlinin sözlərinə görə, rentabelliyi təmin etmək üçün iki əsas amil lazımdır:

"Keyfiyyət və həcm rentabelliyə təsir göstərəcək. İndidən keyfiyyət haqqında bir söz demək olmaz. Ancaq hər halda bu təşəbbüs tələbatın ödənilməsi baxımından yüksək əhəmiyyətə malik olacaq. Çünki indiyə kimi Azərbaycana tibbi maskalar xaricdən gətirilirdi. Nəzərə almaq lazımdır ki, koronavirus təhlükəsi sovuşandan sonra tibbi maskaya olan tələbat azalsa da, yenə ehtiyac hiss ediləcək".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu