Gürcütanda ən yaşlı və ən gənc koronavirus xəstələrinin yaşı açıqlanıb

Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərin yaş katerqoriyası məlum olub.

24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

O deyib ki, ən yaşlı pasiyentin 82, ən gəncinin isə 2 yaşı var.

P.İmnadze qeyd edib ki, koronavirus xəstələrinin orta yaş həddi 37 təşkil edir.

Qeyd edək ki, ölkədə koronavirusa 73 nəfər yoluxub ki, onların 10-u sağalıb. Hazırda aktiv virus daşıyıcılarının sayı 63 nəfər təşkil edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu