Ölkə rəhbəri öz xalqının sağlamlığına və həyatına böyük həssaslıqla yanaşır - Gənc fəal

"Görülən bütün tədbirlər prosesin mənfiyə doğru getməsinin qarşısını almaqdır"

"Əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq:

"Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır".

Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən YAP-ın Səbail rayon təşkilatının təmsilçisi, gənc fəal Fuad Heydər bildirib ki, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən tədbirlər olduqca vacibdir. 


F.Heydərin fikrincə, atılan hər addım həyati əhəmiyyət kəsb edir: 

"Cənab Prezident növbəti dəfə əhaliyə çağırış edərək vətəndaşları həmrəy olmağa səslədi. Dövlət başçısının bəyan etdiyi kimi görülən bütün tədbirlər prosesin mənfiyə doğru getməsinin qarşısını almaqdır. Toplum olaraq bunun fərqində olmalı, ölkə rəhbərinin çağırışlarına səs verməliyik. Prezidentin bəyan etdiyi kimi yaşlı insanları xüsusi olaraq qorumalıyıq. Hər kəs fərd olaraq əlindən gələni etməli, məsuliyyətini bilməlidir. Ölkəmizdə  koronavirusla bağlı xüsusi birlik nümayiş etdirilir. Ölkə rəhbəri öz xalqının sağlamlığına və həyatına böyük həssaslıqla yanaşır. Cənab Prezidentin və Birinci Vitse-prezidentin illik əməkhaqlarını yeni yaradılmış Fonda köçürməsi də bu məsələyə necə həssaslıqla yanaşdıqlarını göstərir. Prezident həm də bütün məmurları bu pis gündə vətəndaşların yanında olmağa çağırdı və sahibkarların bu vəziyyətdən istifadə edərək işçiləri işdən çıxarmamağa səslədi".


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu