Rəqsanə Moskvada qalanlara yardım edəcək

Koronavirus təhlükəsi qarşısında Azərbaycan xalqı birlik nümayiş etdirir. Şou  dünyasından da  arxa-arxaya dəstək  xəbərləri gəlir.
Həmin yardım xəbərlərindən birini də  müğənni Rəqsanə rəsmi Instagram səhifəsində yayımlayıb.

"Sherg.az" xəbər verir ki, uzun müddətdir Rusiyada yaşayan müğənni Moskvadan Bakıya qayıda bilməyən həmvətənlərimizə kömək edəcəyini açıqlayıb:
- Əziz həmvətənlərim, hazırda dünyada yaşananlar çətin olsa da , biz bir olub öhdəsindən gələcəyik. Bilirəm indi Moskvada olub Bakıya qayıtmaqda çətinlik çəkən insanlar var. Hava limanında qalanlar, vətənə qayıda bilməyənlər, xahiş edirəm bizə directdə yazın. Mən də çalışacam sizin üçün əlimdən gələn köməkliyi edim. Bunu özümə bir vətəndaş kimi borc bilirəm. Həmişə Vətənimlə və həmvətənlərimləyəm.

Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu