Şok açıqlama: “Koronavirus karantini dövründə hamilə qalmaq təhlükəlidir


Alimlər gözlənilməz nəticəyə gəliblər. Onlar cütlüklərdlən nəsil artırma planlarını COVID-19 pandemiyası bitənə qədər təxirə salmağı tövsiyə ediblər.

Cosmo.ru-nun məlumatına görə, şok açıqlama ilə Merilend Universitetinin alimləri çıxış edib.

Amerikalı elm adamları bildiriblər ki, karantin dövründə hamilə qalmaq təhlükəlidir.

Bildirilir ki, kişilər cinsi münasibət zamanı öz vəziyyətləri barədə dölə informasiya ötürmə kimi unikal qabiliyyətə sahibdirlər. Naməlum virusa yoluxma məsələsi güclü stress yaradır. Bu isə anadan olacaq körpənin beyninin inkişafında dəyişikliklərə səbəb ola bilər.

Alimlər yeni nəzəriyyənin siçanlar üzərində təcrübə zamanı öz təsdiqini tapdığını vurğulayıblar.

“Biz pandemiyadan sonra doğulacaq uşaqlarda psixoloji pozğunluqların artacağından qorxuruq”, - deyə amerikalı tədqiqatçılar bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu