Rusiyada növbədənkənar qeyri-iş həftəsi elan olundu

Rusiyada gələn həftə – martın 31-dən aprelin 5-dək qeyri-iş günləri elan olunub.
Bfm.ru-nun məlumatına görə, bu barədə RF Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı elan edib.
O bildirib ki, hazırda ən təhlükəsiz tədbir evdə qalmaqdır.
Prezident onu da vurğulayıb ki, növbədənkənar istirahət günlərinin əməkhaqları tam ödəniləcək.
Paylaş


