BMT koronavirusla mübarizədə kasıb ölkələrə yardım ayırır

BMT koronavirus pandemiyası ilə mübarizədə kasıb ölkələrə kömək etmək və humanitar fəlakətin qarşısını almaq üçün iki milyard dollarlıq maliyyə vəsaiti ayırır.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib: "Bu gündən etibarən dünyanın ən kasıb ölkələrində COVID-19-a qarşı mübarizəyə maliyyə dəstəyi vermək üçün iki milyard dollar dəyərində qlobal humanitar yardım planını həyata keçirməyə başlayırıq. Əgər bu yardım reallaşdırılmasa nəticələr pis ola bilər".

BMT baş katibi G20 ölkələrinə də çağırış edərək onları inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməyi tövsiyə edib. Həmçinin onları koronavirusun təsirinə məruz qalan ölkələrin ərzaq və zəruri tibbi ləvazimatlarla təmin etmək üçün bu ölkələrə qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu