Yenə almanlar: Vaksinin yaradılmasına çox az qaldı 


Almaniyanın “Curevac” biotexnologiya firması “21-ci əsrin taunu” sayılan COVID-19 virusuna qarşı vaksinin yaradılmasına yaxındır.

AZƏRTAC Almaniya KİV-lərinə istinadən xəbər verir ki, tezliklə kliniki sınaqlar başlanacaq. Şirkətin rəhbərləri bildirirlər ki, “Curevac” nikbin əhval-ruhiyyədədir və bu araşdırmanın müvəffəqiyyətlə başa çatacağına şübhə etmirlər. “Curevac” sınaqlara könüllülərin cəlb edilməsini gizlətmir. Bu insanlar öz üzərlərində test sınaqları keçirilməsinə icazə verəcəklər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu