Qazi İTV-nin təşəbbüsünü alqışladı: “Şəhidlərimizin ruhları şad olar, amma..."

 Firudin Məmmədov: “...Gərək ssenari, rejissor işi yüksək səviyyədə olsun”


İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.
İTV-dən bildirilib ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.
Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.



Təşəbbüsü yüksək qiymətləndirən Qarabağ qazisi Firudin Məmmədov  “Sherg.az” bildirib ki, bu,  tarixi aprel döyüşləri haqqında bilgilərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq: "Əlbəttə, yaxşı addımdır. İdeyanı alqışlayıram. Şəhidlərimizin ruhları da şad olar. Lakin gərək ssenari, rejissor işi yüksək səviyyədə olsun. Bəzən elə filmlər çəkirlər ki, tarixi hadisə təhrif edilir, qəhrəmanlıqlar insanların gözündən düşür. Buna yol vermək olmaz".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu