“Ermənistan koronavirusun girovuna çevrilib” - Vəziyyət gərgindir !

“Rəsmi məlumatlarda dörd nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini deyirlər. Əslində isə ölənlərin sayı daha çoxdur. Faktların gizlədilməsinə çalışırlar”



Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvlərinin  seçkili nümayəndəsi  kimi ona müraciət etdiklərini deyib. O, qeyd edib ki, təhlükəsizlik baxımından həmin şəxslərin adlarını açıqlaya bilmir:
“Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin  sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər".

T.Gəncəliyev erməni icmasını sosial izolyasiya tədbirlərinə ciddi surətdə riayət etməyə çağırıb:

"Seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər".



Vəziyyəti  dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının  sədri Akif Nağı “Sherg.az”a deyib ki, koronavirusla əlaqədar olaraq Ermənistanda vəziyyət çox gərgindir:

"Rəsmi məlumatlarda dörd nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini deyirlər. Əslində isə ölənlərin sayı daha çoxdur. Ermənistan xəstəliyin girovuna çevrilib. Ona görə də faktların gizlədilməsinə çalışır. Necə ola bilər ki, koronavirus  dünyanın nəhəng dövlətlərinə ağır zərbə vurduğu halda  Ermənistana təsirsiz ötüşsün?! Mümkün deyil! Onu da deyim ki, bu, ermənilərin ilk belə addımları deyil. 1988- ci ildə ölkədə baş verən güclü zəlzələ zamanı da gülünc təbliğata əl atmışdılar".
 
A.Nağı Azərbaycanın təkcə texnika baxımından yox, həm də informasiya müharibəsi cəhətdən düşmən tərəfindən güclü olduğu qənaətindədir: 

"Tural Gəncəliyevin fəaliyyətini təqdir edirəm. Bəlkə də, ermənilər düşünürdülər ki, informasiyanı gizlədə biləcəklər. Amma informasiya müharibəsində bizim daha güclü olduğumuzu nəzərə almaq lazımdır".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu