Asim Mollazadə: “Deyilənlərə əməl etməsək  böyük fəsadlarla üzləşə bilərik"

"Koronavirusla bağlı çox ağır vəziyyətə düşən ölkələrin təcrübəsini öyrənməliyik"

“İndiki vəziyyətdə əsas məsələ dövlət tərəfindən verilən tövsiyələrə riayət etməkdir. Karantin rejimi ciddi şəkildə yerinə yetirilməlidir. Cənab Prezidentin dediyi kimi, vətəndaşlarımızın məsuliyyətli olması çox önəmlidir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinə münasibət bildirən millət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, koronavirusla bağlı çox ağır vəziyyətə düşən ölkələrin təcrübəsini öyrənməliyik:

“Deyilənlərə əməl etmədikcə çox ağır fəsadlarla üzləşə bilərik. Ona görə də Prezidentin AZ tv-yə müsahibəsi zamanı toxunduğu məqamlar tamamilə düzgün və yerindədir. Hər bir vətəndaş ölkə başçısının dediyinə əməl etməlidir. Karantin rejimi çox ciddi həyata keçirilməlidir. Koronavirusla bağlı müvafiq qurum yaradılıb. Bu qurumun bütün tövsiyələrini icra etmək lazımdır. Beynəlxalq təcrübədən istifadə etməliyik. Məsələyə ciddi yanaşıb dövlətimizi və xalqımızı bu bəladan qorumalıyıq”.