“Azərbaycanda tibb təhsilinin önəmi xeyli artacaq" – Deputat 

Fazil Mustafa:“Ən azı virusa qalıb gələ biləcək elmin və onun naxışı olan alimlərin, özəlliklə də bilgə həkimlərin əl üstündə tutulacağı bir dönəm olacaq..."


Evdə qaldığına görə özünə mütaliyə vərdişi aşılayan fərdlərin sayında artım ola bilər".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, dünyada bir şeylərin dəyişəcəyini ehtimal etmək olar. 
Lakin millət vəkili bunun əxlaq və dəyərlər sferasına aid olacağını düşünmür: 

"Uzaqbaşı hansısa özünü "burada mənəm, Bağdadda kor xəlifə" kimi aparan bir dövlət başçısı BMT tribunasından durub deyəndə ki, "mənim nüvə silahım var, kimsəni vecimə almıram", o halda kiçik dövlətlərdən biri qalxıb cavab verər ki, "otur yerinə, mənim də virusum var". Yəni dəyişən o olacaq ki, artıq nüvə dövlətləri çılğınlıqlarını azatmalı olacaqlar. Çünki hamısı bir virusun qabağında sınaqdan çıxa bilmədiklərini anlamış oldular. Bəs Azərbaycanda nə dəyişəcək? Fikrimcə, ən çox dəyişiklik dini düşüncədə olacaq.



Artıq insanlar dinə sadəcə səmimi inanc yeri kimi baxacaqlar. Onu elmlə qarışdırmayacaqlar, onu elmin qarşısına əngəl olaraq dikməyəcəklər. Daşlara, mərmərlərə, məqbərlərə ziyarətçi sürüsü azalacaq. Çünki çağırdıqları ruhlar virusa yaxın düşə bilmədi. Zahiri atributlarla dini cahilliyin fəsadlarını daha çox anlayıb, öz iç dünyalarını Yaradanın təlqin etdiyi insanlıq üçün faydalı elementlərlə zənginləşdirəcəklər. Bir də tibb təhsilinin önəmi xeyli artacaq".

Parlamentari əxlaq, dəyərlər, israf, təhsil anlayışı kimi məsələlərdə cəmiyyətimizdə ciddi dəyişiklik gözləmədiyini söyləyib: 

"Koronavirus Xocalıdan dəhşətli hadisə deyil ki... Dəyərlərimizdə, həyat fəlsəfəmizdə nəyi dəyişdi Xocalı? Bütün hallarda dünya əvvəlki kimi olmayacaq! Ən azı virusa qalıb gələ biləcək elmin və onun naxışı olan alimlərin, özəlliklə də bilgə həkimlərin əl üstündə tutulacağı bir dünya olacaq...".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu