Professor da “evdə qalın” deyir: "Bəzi yaşlıları başa düşmək olmur"

“Hökumət onların sağlamlığını nəzərə alaraq 65 yaşdan yuxarı vətəndaşların evdən çölə çıxmalarına qadağa qoyub. Niyə öz səhhətlərini təhlükəyə atırlar?”

 
Koronavirus pandemiyası bütün dünyanı bürüyüb. Ölkələr virusdan qorunmaq üçün müxtəlif izolyasiya tədbirləri həyata keçirir. Azərbaycanda Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah da birbaşa olaraq koronavirus təhlükəsinin qarşısını almaq üçün fəaliyyət göstərir. Bu istiqamətdə əhaliyə tapşırıq və tövsiyələr verilir. Ancaq bəzən insanlar məsələyə səthi yanaşırlar.

Filologiya elmləri doktoru, professor Adil Babayev bu barədə "Sherg.az"a münasibət bildirərkən əhalini diqqətli olmağa çağırıb: 

"Koronavirus beynəlxalq aləmdə yayılan bir bəladır. Ölkəmizdə qabaqlayıcı tədbirlər görülür. Buna görə hər birimiz dövlət başçısına minnətdar olmalıyıq. Həttə xarici ölkələr də bizim təcrübədən istifadə edirlər. Əlbəttə, əgər tədbirlər belə davam etsə, görülən işlərə vahid mərkəzdən nəzarət olsa, koronavirusun yaxın zamanda sovuşmasına ehtimal böyükdür. Sadəcə gərək verilən tövsiyə və tapşırıqlara etinasız yanaşılmasın. Bəzi yaşlılara başa düşmək olmur. Hökumət onların sağlamlığını nəzərə alaraq 65 yaşdan yuxarı vətəndaşların evdən çölə çıxmalarına qadağa qoyub. Niyə öz səhhətlərini təhlükəyə atırlar? Millətimizə səbir, dözüm arzulayıram".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu