Tənha, köməksiz insanlara yardım edilir  


Mirvari Qəhrəmanlı:“Yaşlılar qaydalara maksimum riayət etməlidirlər”

 “Yaşlı,tənha insanların ehtiyaclarının ödənməsi məqsədilə sosial təminat naziri qeydiyyat aparmalı, könüllülərdən ibarət qruplar yaratmalı ki, yaşlı insanlar köməksiz qalmasın”


Koronavirus əleyhinə həyata keçirilən tədbirlər sırasında yaşlı insanlara sosial xidmətlərin göstərilməsi əsas yer tutur. Məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaynar xətt yaradılıb, həmçinin sosial işçilər tərəfindən tənha, köməksiz insanlara yardım edilir. Koronavirusun yaşı 65-dən yuxarı insanları daha çox hədəf aldığı bildirilsə də, ölkəmizdə şükür ki, vəziyyət qənaətbəxşdir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusən yaşlı insanlara evdən çıxmamağı tövsiyə edib. Vəziyyətin ciddiliyi nəzərə alınaraq yaşlı insanlara yaşadıqları yerlərdə xidmətlər göstərilir, dərman preparatları, ərzaqlarla təmin edilir.  Əksəriyyət bu fikirdədir ki, həm də xalqımızın milli adət-ənənələri, milli dəyərləri, yaşlı insanlarımızı virusdan qorumağa kömək edir. Yaşlı, ahıl insanlara xalqımız həmişə böyük hörmət göstərib. Ailə üzvləri öz yerində, yaşlı, kimsəsiz insanlara qonşular da həmişə kömək ediblər, qapılarını döyüb ehtiyacları ilə maraqlanıblar.  İndiyədək mağaza, bazar, marketlərdə bazarlıq edən yaşlı insanlara onsuz da az rast gəlinirdi. Bizim yaşlı insanlarımız nadir hallarda tənha yaşayırlar. Varsa da, əksəriyyət ailə üzvləri hansısa səbəbdən olmadığına görədir. Həqiqətən də ahıl insanlarımız arasında koronavirusa yoluxma hallarının olmamasında adət-ənənələrimizin rolu nə dərəcədədir? 



Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında bildirdi ki, ailə dəyərləri böyük önəm daşıyır:

- Yaşlılar arasında virusun yayılmasının qarşısının alınması üçün ilk növbədə yaşadığı ailə üzvləri onların qayğısına qalmalıdır. Yəni özləri maksimum qaydalara riayət etməlidirlər. Ailə daxilində biz bunu görürük. Lakin yaşlılara   yaxşı baxmaq- başqa yaşlıya münasibətlə ölçülür. Təəssüf ki, sosial şəbəkələrdə yaşlıya qayğı yox,daha çox qınama hiss olunur,bəzən də aqressiv mövqe hiss olunur.
Yaşlı,tənha insanların ehtiyaclarının ödənməsi məqsədilə sosial təminat naziri həssas qrupların qeydiyyatını aparmalı,könüllülərdən ibarət qruplar yaratmalı və onlara treninq keçirilməlidir ki, yaşlı insanlar köməksiz qalmasın.Tək yaşayan, xəstə, başqasının qayğısına möhtac olan insanların siyahisi tərtib olunub, yaşadığı ərazi üzrə tibb mərkəzlərinə göndərilməlidir ki,vaxtaşırı onlarla əlaqə saxlanılsın. 
Məsələn, Çexiyada işsiz insanlar dövlətdən böyük məbləğdə müavinət alırlar. Yaşlı ,yaxud riskli qrupa daxil olan insanların maddi cəhətdən övladlarına ehtiyacı olmur. Onlara verilən təqaüd, güzəştlər(nəqliyyat,ərzaq,dərman və s) kifayət qədər yetərincədir. Orda belə bir qayda var; hər gün saat 08:00-dan 10:00-a qədər yalnız yaşlı insanlar ərzaq mağazalarına gedir. Sonra başqaları. Onlar həm poliklinikalar,həm də qeydiyyatda olduqları sosial idarələr,bələdiyyələr tərəfindən nəzarətdədirlər.  Lazım olan yardımlar olunur. (tibbi,yaxud evlərdə onlara pulsuz xidmət edən sosial işçilər və s) Həyətə gəzməyə çıxan yaşlı  insanlar(əsasən itllə) bir- biri ilə mütləq bir metrlik məsafəni saxlayır və maskadan istifadə edirlər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu