Mövcud təhlükə ilə bağlı cəmiyyətdə təşviş olmalıdır, panika yox - Arif Əliyev

“Biz informasiyanın mərkəzindəyik. Vəziyyəti daim izləməklə mütəxəssislərin məsləhətlərinə əməl edirəm"

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmasa da  gündəlik yoluxma və ölüm faktları qeydə alınır. 

 Koronavirus infeksiyası ilə bağlı dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görülür. Virusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsinə yönəlik ciddi çağırışlar edilir. 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri   də izolyasiya qaydalarına əməl edir:

“Biz özümüz koronavirusla mübarizə məsələsini işıqlandırdığımız üçün informasiyanın mərkəzindəyik. Vəziyyəti daim izləməklə mütəxəssislərin məsləhətlərinə əməl edirəm. Əsasən evdən işləyirəm, başqa yerlərdə ancaq zəruri hallarda oluram. Bu zaman da ehtiyatlı davranıram”.

Birlik sədri hesab edir ki,  mövcud təhlükə ilə bağlı cəmiyyətdə təşviş olmalıdır, panika yox:

“Problemin ciddiliyini göstərmək üçün dünyadakı həqiqətən təşviş doğuran səhnəni real göstərməliyik və izah etməliyik ki, bunun Azərbaycandakı  təkrarına yol verməməyin bir üsulu var: qorunmaq. Profilaktika!”


Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu