Tənha yaşayan 180 ahıl sakinə yardım paylanılıb


Karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən, Nəqliyyat, Rabitə və Yüskək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə tənha yaşayan ahıl vətəndaşlara yardım paylayıblar.

Nazirlikdən APA-ya verilən məlumata görə. bir neçə gündür, davam edən aksiya çərçivəsində bu dəfə Nizami rayonunda tənha yaşayan 180 ahıl sakinə yardım edilib. Ümumilikdə, bu qəbildən olan 320-dək rayon sakininə yardım göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu