Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması 9 ay təxirə salınıb


Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

APA-nın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Qüvvədə olan qanuna əsasən,  Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə, 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari sığorta haqqı 0,02 manat həcmində müəyyən edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu