Millət vəkili: "Operativ Qərargahın  qərarları  tam yerinə yetirməlidirlər"

Yeni “Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının  alınması istiqamətində dövlətimiz tərəfindən vaxtında və düzgün addımlar atılıb. Verilən  qərarla virus təhlükəsindən əhalini qorumaq üçün müəyyən  qadağalar tətbiq olundu.

Millət vəkili Vüqar İskəndərov da koronavirusa qarşı ölkə miqyasında aparılan profilaktik tədbirləri müsbət dəyərləndirib. O hesab edir ki, dünyanın 160-dan çox ölkəsini cənginə alan yeni növ koronavirusun (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti tərəfindən bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan hətta bir çox ölkələri qabaqlayır. Hazırda Azərbaycanın aidiyyəti qurumları koronavirus infeksiyasına qarşı çox ciddi tədbirlər həyata keçirirlər: 
 
“Ölkə  ərazisində ciddi  izolyasiya tədbirləri tətbiq edilir.  Azərbaycanda  koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər  ölkəmizdə təhlükəli epidemiyanın yayılmasını məhdudlaşdırmaq və əhalinin sağlamlığını təmin etmək məqsədi daşıyır” deyə millət vəkili əlavə edib.  Onun sözlərinə görə, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Təbii ki, vətəndaşlarımız da diqqətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməli, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməlidirlər: “Xüsusilə də gənclərimiz atılan addımlarla bağlı əhalinin məlumatlandırılması işində fəallıq göstərməlidirlər. Son illər Azərbaycanda həyata keçirilən tədbirlər zamanı, həmçinin dövlət siyasətinin yerlərdə təbliğ olunmasında xüsusi fəallıq göstərən gənclərimiz bu günlərdə daha fəal olmalı, təbliğat məsələlərində ön sıralarda getməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu