Tovuzda 37 yaşlı kişini elektrik cərəyanı vurub


Tovuzda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində 1983-cü il təvəllüdlü Sadıqov Nəsimi Bahadır oğlu evdə işləyən zaman onu elektrik cərəyanı vurub. 37 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun yolda öldüyü müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu