Məşhur stilist ağlayaraq reaksiya verib: "Mənə niyə ölüm arzulayırsınız?"

Məşhur stilistin əhvalı dəyişdi, göz yaşlarını tuta bilmədi.
"Sherg.az" xəbər verir ki , tanınmış stilist Samiraldo Instagram səhifəsində paylaşdığı videoda Şövkət Ələkbərovanın "Ağlaya-Ağlaya" mahnısının sədaları altında ona ölüm arzulayan izləyicilərinə ağlayaraq reaksiya verib:
"Hələ indi gün görürəm. Mənə niyə ölüm arzulayırsınız? Sizə neynəmişəm? Sizə nə pislik etmişəm? Ölüm haqqdır, hamımız gedəcəyik. Axı indi gözəl gün görürəm. Siz isə mənə ölüm arzulayırsınız. Həmişə pis insanlara belə yaxşı şeylər arzulamışam. İstəmişəm ki, hamı gözəl yaşasın. Koronavirusa görə depressiyaya düşmüşəm. Pirlərə getmişəm, bütün insanlara dua eləmişəm. Qoy insanlar yaşasın. Amma siz mənə ölüm arzulayırsınız. Məni nə qədər əsəbləşdirdiniz ki, ilk dəfədir qarğış edirəm".

Samirə

Paylaş

Bizi Facebookda izləyin
menu
menu