Türkiyədə koronavirusdan ölüm sayı 92-yə çatdı

“Bu gün koronavirusa yoluxan 17 xəstəmizi itirdik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə tədbirləri ilə bağlı yaradılan Elmi Qurumun toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu gün 16 koronaviruslu xəstə ölüb və son 24 saatda 75 030 şübhəli koronavirus analizindən keçib, onlardan 2069-nun cavabı pozitiv çıxıb. Ümumlikdə ölkədə 5698 nəfər yeni növ koronavirusa yoluxub.

Nazir bildirib ki, xəstəliyə yoluxma sayı sürətləndiyinə görə, Elm Qurum Türkiyədə şəhərlərarsı səyahətlərə məhdudiyyət qoyulması və şəhərlərin izolyasiya olunması ilə əlaqədar təkliflər irəli sürüb, hazırda bu təkliflər ölkə başçısına təqdim olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu