İtaliya: Son sutka ərzində 919 nəfər ölüb

Dünya üzrə koronavirus (COVID-19) epidemiyasına yoluxanların sayı 577 mini ötüb. Bu pandemiyadan ölənlərin sayı isə son məlumatlara görə, 26 447-yə bərabərdir.
Son sutka ərzində koronavirusdan rekord ölüm sayı İtaliyada qeydə alınıb. Bu ölkədə 5909 yoluxma, 919 ölüm halı baş verib.
Sutkanın ən çox yoluxma faktı isə ABŞ-da qeydə alınıb: 8990 nəfər. ABŞ-da koronavirusdan ölənlərin sayı isə 134-ə bərabərdir.

Pandemiyanın beşiyi sayılan Çində isə rəqəmlər azalmaya doğru gedir. Son sutka ərzində Çində cəmi 55 yoluxma və 5 ölüm faktı qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu