Virusa qalib gəlməyin tək yolu: “Real həmrəylik olmalıdır! 

"Əgər bütün səviyyələrdə həmrəylik nümayiş etdirməsək, bu problemi aşmaq çətin olacaq".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Fuad Babayev deyib.
Siyasi şərhçinin sözlərinə görə, burada söhbət sosial şəbəkədə, hansısa statusda bəyan edilən "həmrəylik"dən yox, real, əməli həmrəylikdən gedir: 



"Qənaətimcə, başqa çıxış yolumuz yoxdur. Söhbət toplumun təhlükəsizliyindən gedirsə, hər bir insan öz məsuliyyətini dərk etməlidir. Ya da sivil yollarla buna təşviq edilməlidir. Ayrı-ayrı fərdlərin epidemiya ilə bağlı yaranmış sosial problemlərinin həlli  istiqamətində müəyyən işlər görülür. Bundan sonra da zəruri addımlar atılacaq. Görülən tədbirlər müstəsna əhəmiyyətə malikdir".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu